Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının Prezidenti Bidhya Devi Bhandariyə təbrik məktubu ünvanlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının Prezidenti Bidhya Devi Bhandariyə təbrik məktubu ünvanlayıb.

İlham Əliyev Nepalın prezidentinə məktub göndərdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının Prezidenti Bidhya Devi Bhandariyə təbrik məktubu ünvanlayıb.

AzNews.az-ın xəbərinə görə, təbrikdə deyilir:

“Hörmətli xanım Prezident,

Nepal Federativ Demokratik Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Nepal arasındakı münasibətlər dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Nepal xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram”.