- Köhnə - Siyasət
- 19 Mart 2018 14:42
- 3 316
“İran vətəndaşlarına giriş vizaları...” - XİN
15 mart 2018-ci il tarixindən etibarən Azərbaycan Respublikasına səfər edən İran İslam Respublikası vətəndaşlarına giriş vizaları Azərbaycan Respublikasının beynəlxalq statuslu hava limanlarında rəsmiləşdiriləcək
Bu barədə AzNews.az-a XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. O, bu qərarın dost və qonşu ölkələr olan Azərbaycan və İran arasında humanitar, iqtisadi-ticarət əlaqələrinin daha da inkişafına və insanlararası təmasların artmasına əsaslı töhfə verəcəyinə ümidvar olduqlarını bildirib.