Bu sözləri Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin üzvü Bertan Zaroğlu öz açıqlamasında belə deyib. Bu sözləri Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin üzvü Bertan Zaroğlu öz açıqlamasında belə deyib.

"Əminəm ki, 11 aprel seçkiləri şəffaf və demokratik şəraitdə keçəcək" - Bertan Zaroğlu

Bu sözləri Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin üzvü Bertan Zaroğlu öz açıqlamasında belə deyib.

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin üzvü Bertan Zaroğlu sechkı-2018.az saytına açıqlamasında belə deyib.

O qeyd edib ki, bu gün Azərbaycan türk dünyasının ən inkişaf etmiş ölkələrindəndir. Azərbaycanın tutduğu düzgün yol, qazandığı böyük nailiyyətlər türk dünyası üçün böyük bir önəm daşıyır. “Mən Azərbaycanı öz vətənim hesab edirəm. Bu ölkədə keçirilən seçkilər başda olmaqla, bütün siyasi proseslərı hər zaman izləyirəm. Bu günə qədər Azərbaycanda formalaşan uğurlu seçki təcrübəsinə əsaslanaraq inamla deyə bilərəm ki, 11 aprel seçkiləri də şəffaf və demokratik şəraitdə keçəcək”, - deyə B.Zaroğlu bildirib.