“Azəryolservis" ASC-nin sədri hansı yolla təhlükəsizliyinə təminat alıb? “Azəryolservis" ASC-nin sədri hansı yolla təhlükəsizliyinə təminat alıb?

Cavid Qurbanov vəzifəsini necə qorudu? - Eksklüziv

“Azəryolservis" ASC-nin sədri hansı yolla təhlükəsizliyinə təminat alıb?


"Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov barəsində son zamanlar mətbuatda bır sıra məlumatlar dərc olunur. Həmin xəbərlərə görə, adı müxtəlif korrupsiya faktlarında, əməkdaşlarının adı isə hətta qadın alverində hallandırılan Cavid Qurbanov yaxın zamanda öz vəzifəsini itirəcək.

C. Qurbanovun nəqliyyat naziri Ziya Məmmədovla münasibətlərini də pozulduğu və "Azəryolservis" rəhbərinin öz vəzifəsini itirməsində bu amilin də təsirinin olacağı yayılan xəbərlər arasındadır. Amma C. Qurbanovun öz vəzifəsi ilə vidalaşmağa hazırlaşdığının vurğulandığı bir dövrdə bunun əksinin baş verəcəyini söyləməyə əsas verən proseslər baş verib.

AzNews.az-a daxil olan məlumata görə, C. Qurbanovun vəzifəsindən azad ediləcəyi haqda xəbərlərin əsası yoxdur. Belə ki, bir vaxtlar doğurdan da mövqeləri laxlayan C,Qurbanov indi əleyhinə olan situasiyanı xeyrinə dəyişdirməyi bacarıb. Bunun bariz nümunəsi kimi isə yalnız bir faktı xatırlatmaqla kifayətlənirik.

Belə ki, martın 4-də Kəlbəcər rayon icra başçısı təyin edilən Aqil Sadıq oğlu Məmmədov Cavid Qurbanovun çox yaxın qohumudur. Mənbə onların soyadlarının fərqli olmasına baxmayaraq, əmioğlu olduğunu iddia edir.

Məlumat üçün bildirək ki, Aqil Məmmədov bu vəzifədə Vidadi Məhərrəmovu əvəz edib.

Sonda maraqlı bir məsələyə də toxunaq ki, Cavid Qurbanovun özü ətrafında təhlükəsizlik mühiti yarada bilməsinin şok səbəbi var və həmin səbəbin detallarıyla bağlı yaxın günlərdə ətraflı məlumat verəcəyik.

Orxan
AzNews.az