"Gündəliyimizdə dayanan iqtisadi və sosial inkişaf sahəsinə gəldikdə isə demək istərdik ki, mövcud beynəlxalq iqtisadi vəziyyət inkişaf etməkdə olan ölkələr üçün fürsətlər, eyni zamanda çağırışlar və risklər təqdim etməyə davam edir". "Gündəliyimizdə dayanan iqtisadi və sosial inkişaf sahəsinə gəldikdə isə demək istərdik ki, mövcud beynəlxalq iqtisadi vəziyyət inkişaf etməkdə olan ölkələr üçün fürsətlər, eyni zamanda çağırışlar və risklər təqdim etməyə davam edir".

“Mövcud beynəlxalq iqtisadi vəziyyət risklər...” - Nazir

"Gündəliyimizdə dayanan iqtisadi və sosial inkişaf sahəsinə gəldikdə isə demək istərdik ki, mövcud beynəlxalq iqtisadi vəziyyət inkişaf etməkdə olan ölkələr üçün fürsətlər, eyni zamanda çağırışlar və risklər təqdim etməyə davam edir".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bu gün Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında deyib.

O qeyd edib ki, bir tərəfdən mövcud liberallaşma dövründə inkişaf etməkdə olan ölkələr qloballaşma prosesindən faydalanır, lakin digər tərəfdən isə inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarının dünya iqtisadiyyatı ilə sıx inteqrasiyası onları beynəlxalq iqtisadi vəziyyətin tendensiyasına həssas edir: "Buna görə, inkişaf etməkdə olan bütün ölkələrin faydalanması üçün beynəlxalq iqtisadi mühitin müsbət elementlərini birlikdə istifadə edə bilərik.

Bu gün, qlobal iqtisadi tənəzzülün təsirləri ilə qarşılaşdığımız bir dönəmdə enerji, nəqliyyat və uzlaşmanın digər əlaqəli komponentləri ölkələrimizin iqtisadi və ticarət inkişafı üçün daha perspektivli amilə çevrilir. Buna görə, iqtisadi inkişaf üçün vacib bir şərt kimi, prioritet sahələr arasında ümumi olaraq nəqliyyat və uzalaşma məsələlərinin inkişafını vurğulamaq vacibdir.

Azərbaycan regional və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etməklə enerji və nəqliyyat layihələrinin təşəbbüsü və həyata keçirilməsi yolu ilə regional əməkdaşlığa öz töhfəsini verib.

Azərbaycan davamlı enerji layihələrinin təşəbbüsü və həyata keçirilməsi yolu ilə daha geniş regionun enerji təhlükəsizliyinin təmin edilməsində mühüm tərəfdaşdır. Xəzər, Qara və Aralıq dənizlərini birləşdirərək müxtəlif boru kəmərləri infrastrukturunu yaratdıq. Bu enerji layihələrinin reallaşdırılması enerji mənbələrinin diversifikasiyasına, həmçinin regionda və daha da kənarda enerji təchizatı və nəqliyyatının təhlükəsizliyini artıracaqdır.

Ötən illər ərzində ölkəmiz təkcə Azərbaycanda deyil, eyni zamanda regionda da nəqliyyat əlaqələrinin inkişafı üçün genişmiqyaslı infrastruktur layihələri həyata keçirib. Bununla yanaşı Azərbaycan hökuməti malların maneəsiz və təhlükəsiz hərəkətinə əsaslanan genişmiqyaslı iqtisadi əməkdaşlıq və ticarətin inkişafı üçün əlverişli şərait yaradacaq Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb axınları boyunca digər maraqlı və qonşu dövlətlərlə birgə regional və trans-regional çox modallı nəqliyyat dəhlizlərinin inkişafı üçün mühüm addımlar atır".

AzNews.az