- Köhnə - Siyasət
- 6 Aprel 2018 12:01
- 10 131
“Ölkəmizə, onun rəhbərliyinə qarşı söylənilən nalayiq ifadələr qətiyyən qəbuledilməzdir”
Uzun illərdir Misirdə yaşayan soydaşımız, tədqiqtçı-alim Seymur Nəsirov son zamanlar sosial şəbəkələr vasitəsilə xaricdəki bəzi soydaşlarımızın Azərbaycana və onun rəhbərliyinə qarşı təhqir dolu çıxışlarını tənqid edib.
S.Nəsirov AzNews.az-a açıqlamasında bildirib:
“Son illərdə Orta Şərqdə xarici qüvvələrin elədiklərinin bir şahidi kimi, bu gün Avropada müxtəlif dairələrin dəstəyi ilə ölkəmizin adına və onun rəhbərliynə qarşı söylənilən nalayiq ifadələr qətiyyən qəbuledilməzdir.
Açıqlamasında siyasi mübarizənin etika və hüquq normaları çərçivəsində aparılmalı olduğunu vurğulayan S.Nəsirov xarici ölkələrdəki soydaşlarımızı Azərbaycanın sürətli inkişafını, dünyada artan nüfuzunu qəbul edə bilməyən müəyyən qüvvələrin təsiri altına düşməməyə çağırıb. Diaspor rəhbəri, Azərbaycanın “ərəb baharı” planının baş tutduğu bəzi ölkələrin aqibətini yaşamaması, ölkəmizin işıqlı gələcəyi, ən əsası isə sabitlik və təhlükəsizliyin qorunması üçün soydaşlarımızı belə çirkin kampaniyalara qoşulmamağa, dövlətçilik maraqlarımıza, milli-mənəvi dəyərlərimizə olan hücumlara qarşı birlik nümayiş etdirməyə səsləyib.