- Köhnə - Siyasət
- 9 Aprel 2018 19:38
- 4 584
Ərəb dövlətlərinin KİV-ləri Bakıda keçirilmiş nazirlər konfransını geniş işıqlandırıldı - Fotolar
Qoşulmama Hərəkatının Bakıda keçirilmiş 18-ci nazirlər konfransı Səudiyyə Ərəbistanı, Bəhreyn və Yəmən kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının “OKAZ” qəzetində və “Sabaq” xəbər portalında, Bəhreynin “Əl-Vətən” və Yəmənin “Əl-Yəmən Əl-Ərəbi” qəzetlərində dərc edilmiş məqalələrdə “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda keçirilmiş konfrans barədə ətraflı məlumat verilir. Bu mötəbər beynəlxalq tədbirin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin nitq söylədiyi diqqətə çatdırılır.
Məqalələrdə Bakı konfransında müzakirə olunan məsələlərin aktuallığı barədə söhbət açılır, tədbir çərçivəsində keçirilən görüşlərlə bağlı ətraflı məlumat verilir.
Nazirlər konfransının sonunda Qoşulmama Hərəkatına üzv ölkələrin üzləşdiyi çağırışlara cavab verilməsinin, xüsusilə terrorizmə, ekstremizmə, kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizənin gücləndirilməsinin, humanitar problemlərin həllinin, insan hüquqlarının qorunmasının, davamlı inkişafa nail olunmasının əhəmiyyətinin və digər önəmli məsələlərin qeyd edildiyi yekun sənədin və Bakı Bəyannaməsinin qəbul edildiyi bildirilir.