- Köhnə - Siyasət
- 11 Aprel 2018 10:49
- 15 331
Oqtay Əsədov seçkidə iştirak edir
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov prezident seçkilərində səsvermədə iştirak edib.
APA-nın məlumatına görə, parlamentin spikeri 23 saylı Nəsimi-Səbayel Seçki Dairəsinin 22 saylı seçki məntəqəsində səs verib.
Oqtay Əsədov deyib ki, seçkilərin Azərbaycan xalqının xeyrinə olacağına əmindir: “Azərbaycan bundan sonra da inkişaf edəcək”.
AzNews.az

