- Köhnə - Siyasət
- 11 Aprel 2018 20:17
- 3 164
Seçkilər zamanı qanun pozuntusu ilə bağlı prokurorluq orqanlarına müraciət daxil olmayıb

Bu gün – aprelin 11-də keçirilən Prezident seçkiləri zamanı seçki qanunvericiliyinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Prokurorluğu orqanlarına hər hansı müraciət daxil olmayıb.
AzNews.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.