Ermənistan baş nazirinin iqamətgahındakı sənədlər çıxarılır

Ermənistan baş nazirinin Yerevanda, Baqramyan 26-da yerləşən iqamətgahının binasından sənədlərlə dolu qovluqlar çıxarılır.

AzNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə erməni KİV- i xəbər yayıb.

"Şahidlərin sözlərinə görə, əməkdaşlar baş verənlər diqqət çəkməsin deyə, sənədləri tələsik çıxarırlar. Sənədlərlə dolu bir maşın artıq gedib. İndi sənədləri başqa maşına yükləyirlər", — deyə yerli telekanallardan biri bildirib.

Xatırladaq ki, Ermənistanın parlament idarə üsuluna keçidinə qədər baş nazirin iqamətgahı prezidentin iqamətgahı idi. S.Sarkisyan president olduğu 10 il ərzində, yəni baş nazir seçilənə və müxalifətin israrlı tələbi ilə istefa verənə qədər məhz orada işləmişdi.