- Köhnə - Siyasət
- 8 May 2018 11:53
- 2 603
“Əlimizdən gələni etməliyik ki, münaqişə sülh yolu ilə həll edilsin” - Avropa Parlamentinin vitse-prezidenti
Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün səylər göstərilməlidir.
Trend-in məlumatına görə, bunu Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının ikinci sessiyasında çıxış edən Avropa Parlamentinin vitse-prezidenti Heidi Hautala deyib.
Xanım H.Hautala qeyd edib: “Bütün səylər göstərilməlidir ki, bu münaqişə sülh yolu ilə həll edilsin. Münaqişənin həlli üçün başqa yol - müharibədən, hərbdən başqa yol varmı? Bəli, var. Biz əlimizdən gələni etməliyik ki, münaqişə sülh yolu ilə həll edilsin”.
AzNews.az