Bu gün iqamətgahı Brazilia şəhərində olan, Azərbaycan Respublikasının Ekvador Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov etimadnamələrini Ekvador Respublikasının Prezidenti vəzifələrini icra edən, Vitse Prezident xanım Maria Alexandra Vikunyaya təqdim edib. Bu gün iqamətgahı Brazilia şəhərində olan, Azərbaycan Respublikasının Ekvador Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov etimadnamələrini Ekvador Respublikasının Prezidenti vəzifələrini icra edən, Vitse Prezident xanım Maria Alexandra Vikunyaya təqdim edib.

Azərbaycanın Ekvadorda yeni səfri təyin olundu - Foto

Bu gün iqamətgahı Brazilia şəhərində olan, Azərbaycan Respublikasının Ekvador Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov etimadnamələrini Ekvador Respublikasının Prezidenti vəzifələrini icra edən, Vitse Prezident xanım Maria Alexandra Vikunyaya təqdim edib.

AzNews.az Azərbaycanın Braziliyadakı səfirliyinə istinadən xəbər verir ki, görüş zamanı, Maria Vikunya ölkə rəhbərliyi və Azərbaycan xalqına öz səmimi salamlarını çatdıraraq ölkələr arşında əlaqələrin hər bir sahəsində inkişafı üçün geniş imkanların olduğunu söyləyib. Hər iki ölkənin bir sıra beynəlxalq təşkilatlarda üzv olmaları Ekvador və Azərbaycan arasında oxşarlığın əyani sübutu olduğunu vurğulayıb.

Öz növbəsində E.Poluxov Prezident İlham Əliyevin həmkarına qarşılıqlı salamlarını çatdıraraq Ekvador Respublikasında səfir olmasından məmnun olduğunu və tutduğu vəzifədə ölkələr arasında münasibətlərin daha da genişlənməsi və dərinləşməsi səylərinin əsirgəməyəcəyini söyləyib.

Sonra səfir Elxan Poluxov ölkəmiz haqqında ətraflı məlumat verərək, ikitərəfli münasibətlərin inkişaf etdirilməsi istiqamətdə müzakirə aparıb.