- Köhnə - Siyasət
- 13 May 2018 14:34
- 4 954
Elmar Məmmədyarov Belçikaya səfər etdi
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belçikaya işgüzar səfərə yola düşüb.
AzNews.az bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumata görə, E.Məmmədyarov mayın 14-də Yaxın Şərqdə etnik və dini zorakılığın qurbanları mövzusunda keçiriləcək 3-cü beynəlxalq nazirlər konfransında iştirak etmək məqsədilə Brüsselə yola düşüb.
Bildirilir ki, səfər çərçivəsində E.Məmmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.