- Köhnə - Siyasət
- 14 May 2018 11:32
- 3 878
Milli Məclisin yaz sessiyasının son iclasının vaxtı müəyyənləşdi
Azərbaycan Milli Məclisinin 2018-ci il yaz sessiyasında son iclasının tarixi müəyyənləşib.
APA-nın məlumatına görə, iclas mayın 31-də keçiriləcək.
Bununla da yaz sessiyası başa çatacaq. İclasın gündəliyi yaxın günlərdə müəyyənləşəcək.
Qeyd edək ki, parlamentin növbəti plenar iclası mayın 18-də keçiriləcək.
AzNews.az