- Köhnə - Siyasət
- 15 May 2018 14:30
- 6 246
Parisdə Elmar Məmmədyarovla həmsədrlərin görüşü başladı
Xarici işlər naziri E.Məmmədyarovun Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü başlayıb.
Bu barədə AzNews.az-a Hikmət Hacıyev məlumat verib.
Onun sözlərinə görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli, Ermənistandakı vəziyyət müzakirə olunur. Azərbaycan münaqişənin tezliklə həlli üçün mahiyyətli və predmetli danışıqlara hazırdır.