Putin Əsədlə görüşdü - Soçidə

Rusiya prezidenti Vladimir Putin Soçidə suriyalı həmkarı Bəşər Əsədlə görüşüb.

AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bu gün Soçidə Rusiya prezidenti Putinin Suriya Ərəb Respublikasının rəhbəri Bəşər Əsədlə danışıqları baş tutub. Əsəd Soçiyə işgüzar səfərə gəlib", — deyə Peskov bildirib.

Bəşər Əsəd sonuncu dəfə yarım il əvvəl Soçidə Putinin rəsmi iqamətgahında olub.