Qətər əmiri Azərbaycana yeni səfir təyin edib. Qətər əmiri Azərbaycana yeni səfir təyin edib.

Bu ölkə Azərbaycana yeni səfir təyin etdi

Qətər əmiri Azərbaycana yeni səfir təyin edib.

APA-nın “Qatar news” agentliyinə istinadən verdiyi xəbərə görə, Qətər dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Taninin sərəncamına əsasən Zayed Saed Rəşid əl Kumait Əl Hayarin (Zayed Saeed Rashid Al Kumait Al Khayareen) Azərbaycanda fövqəladə və səlahiyyətli səfir vəzifəsinə təyin olunub.

Qeyd edək ki, bundan əvvəl Qətərin Azərbaycandakı səfiri vəzifəsini Yusif Əl Saainin icra edirdi. 2016-cı ildən Azərbaycanda səfir kimi çalışan Y. Ə. Saainin səlahiyyət müddəti bu il başa çatıb.

AzNews.az