Monteneqronun Prezidenti Milo Cukanoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Monteneqronun Prezidenti Milo Cukanoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Monteneqronun dövlət başçısı İlham Əliyevə məktub yolladı

Monteneqronun Prezidenti Milo Cukanoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

AzNews.az verir ki,məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının möhtəşəm milli yubileyi, 100 il öncə ilk müstəqil Azərbaycan dövlətinin yaranması münasibətilə Monteneqro vətəndaşları adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırıram.

Böyük Azərbaycan xalqının o zamankı nəslinin öz dövlətinə sahib olmaq arzuları 27 il bundan əvvəl müstəqilliyin bərpasında öz təcəssümünü tapdı. Dövlət müstəqilliyinin bərpasında atanız, böyük dövlət xadimi Heydər Əliyevin əvəzsiz rolu vardır və artıq bir neçə ildir ki, Siz də ölkənizin müasir inkişafına şəxsən böyük töhfələr verirsiniz.

Xalqlarımızın və ölkələrimizin tarixi talelərində də müəyyən mənada bağlılıq vardır. Belə ki, Monteneqro ilk dəfə 140 il əvvəl müstəqil dövlət olmuşdur. Düşünürəm ki, biz bu gün Monteneqro ilə Azərbaycan arasında qarşılıqlı maraqlara əsaslanan möhkəm dostluq və əməkdaşlıq əlaqələrinin səviyyəsi ilə qürur duya bilərik. Həmçinin ali dövləti vəzifələrimizdə ikitərəfli əlaqələrimizi daha da inkişaf etdirmək və müasirləşdirmək üçün töhfələrimizi verə bilərik.

Səbirsizliklə gələcək görüşlərimizi gözləyirəm.