“Yaşasın Novruz bayramı, yaşasın Azərbaycan və kürd xalqlarının qardaşlığı, birliyi!” “Yaşasın Novruz bayramı, yaşasın Azərbaycan və kürd xalqlarının qardaşlığı, birliyi!”

Kürdlər bir yerə toplaşdı-Fotolar

“Yaşasın Novruz bayramı, yaşasın Azərbaycan və kürd xalqlarının qardaşlığı, birliyi!”


Martın 20-də Bakıda "Təbəssüm" şadlıq sarayında "Ronahi" Kürd Mədəniyyət mərkəzinin təşkilatçılığı ilə Azərbaycan kürdlərinin Novruz bayramı mərasimi keçirilib. "Yeni Müsavat" qəzetinin əməkdaşının da qatıldığı bayram şölənində 300-dən yuxarı şəxs iştirak edib. Bayram mərasimi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin xatirəsinin sayğı duruşuyla yad edilməsi ilə başlayıb. Mərasimin aparıcısı Nofəl Şirinov proqram və iştirakçılar barədə məlumat verdikdən sonra "Ronahi" Kürd Mədəniyyət Mərkəzinin sədri Fəxrəddin Paşayev çıxış edib. F.Paşayev bütün Azərbaycan kürdlərini və Azərbaycan xalqını Novruz bayramı münasibətilə həm Azərbaycan, həm də kürd dilində təbrik edib. Novruz bayramının tarixindən, kürd və Azərbaycan xalqlarının ən qədim bayramı olduğundan geniş danışıb. O bildirdi ki, tarixin müəyyən dönəmlərində Novruz bayramının keçirilməsinə yasaqlar qoyulsa da, Azərbaycan və kürd xalqları bu bayramı həmişə qeyd edib. Heç bir quruluş xalqın qəlbindən Novruz bayramını çıxara bilməyib. F.Paşayev vurğulayıb ki, Novruz bayramı kürd xalqının təşəkkül tapmasında, özünün mədəniyyətini, folklorunu bu günədək qoruyub saxlamasında müstəsna rol oynayıb. Bu bayram Azərbaycan və kürd xalqlarının əsrlərlə qardaş kimi yaşamasında da mühüm əhəmiyyət kəsb edib: "Yaşasın Novruz bayramı, yaşasın Azərbaycan və kürd xalqlarının qardaşlığı, birliyi!"

Sonra professor Əhməd Həpo, "Ronahi"nin İsmayıllı rayon şöbəsinin sədri Manaf Sevoi və digər natiqlər də bayram təbriklərini bildiriblər. Novruz bayramının məziyyətlərindən danışıblar. Novruz bayramının Azərbaycan və kürd xalqlarını birləşdirən dəyərlərdən biri olduğunu deyiblər. Çıxış edənlər "Ronahi"nin yaradıcısı və kürd xalqının tanınmış ziyalısı mərhum Şamil Əsgərovun xidmətlərindən də söz açıblar.

Sonra mərasimin bədii hissəsi başlayıb. Kürd və Azərbaycan dillərində mahnılar ifa edilib. Kürd müğənnisi Cavanşir Şevon mahnılar oxuyub. Milli geyimli kürd rəqs qruplarının çıxışı olub. Diqqəti cəlb edən nüanslardan biri bütün zaldakılların rəqs qruplarına qoşularaq yallı getmələri və zalda Azərbaycanın dövlət bayrağı ilə yanaşı Şimail İraq Kürd Administrasiyasının bayrağının asılması olub.

AzNews.az
image description image description image description image description image description