"Bu ilin sonunda BMT-nin qaçqınlara dair "Qlobal kompakt" sənədi qəbul olunacaq". "Bu ilin sonunda BMT-nin qaçqınlara dair "Qlobal kompakt" sənədi qəbul olunacaq".

"Arzu edirəm ki, Cocuq Mərcanlıya qayıdış böyük qayıdışın başlanğıcı olsun" - BMT-nin rəsmi nümayəndəsi

"Bu ilin sonunda BMT-nin qaçqınlara dair "Qlobal kompakt" sənədi qəbul olunacaq".

AzNews.az Report-a istinadən xəbər verir ki, bunu Bakıda Ümümdünya Qaçqınlar Gününə həsr olunmuş tədbirdə BMT- nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı Nümayəndəsi Furio De Angelis deyib.

O qeyd edib ki, bu il də qaçqın və məcburi köçkünlərlə bağlı vəziyyət acınacaqlı olub: "Belə ki, onların sayı 2,9 milyon artaraq, 68 milyona çatıb. Həmin şəxslərin 25,4 milyon qaçqın, 40 milyonu məcburi köçkündür. Onların arasında azərbaycanlılar da var".

F. Angelis qeyd edib ki, insanların qaçqın düşməsinin səbəbləri eynidir: "Müharibələr, münaqişələr, terrorizm. Bunların həll yollarına nail olmaq üçün də siyasi razılaşma və iradə olmalıdır".

"Bu ilin sonunda qaçqınlara dair BMT-nin "Qlobal kompakt" sənədi qəbul olunacaq. Bu, qaçqın axınlarının nizamlanmasına kömək edəcək", - deyə, o qeyd edib.

O vurğulayıb ki, Azərbaycanda da digər ölkələrdən olan qaçqınlar var: "BMT-nin Azərbaycandakı Qaçqınlar üzrə Ali Komissarlığı ölkə ilə sıx və məhsuldar əməkdaşlıq edir".

D.Angelis bildirib ki, Azərbaycan münaqişənin doğurduğu iztirab və çətinlikləri yaxşı anlayır: "Mən Cocuq Mərcanlıya qayıdış münasibətilə hökuməti təbrik edir və arzu edirəm ki, bu qayıdış böyük qayıdışın başlanğıcı olsun. Bu işdə BMT beynəlxalq dəstəyi ifadə etməkdən məmnun olar".