AŞPA-nın Monitorinq Komitəsinin sədri, estoniyalı deputat Andres Herkel assambleyada Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovun dediklərinə reaksiya verib. O, azərbaycanlı deputatın martın 20-de Parisdə Ermənistanda prezident seçkilərinin qeyri-demokratikliyindən bəhs edən çıxışını yekunlaşdırmasına imkan verməməsi barədə bəyanatını təkzib edib. AŞPA-nın Monitorinq Komitəsinin sədri, estoniyalı deputat Andres Herkel assambleyada Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovun dediklərinə reaksiya verib. O, azərbaycanlı deputatın martın 20-de Parisdə Ermənistanda prezident seçkilərinin qeyri-demokratikliyindən bəhs edən çıxışını yekunlaşdırmasına imkan verməməsi barədə bəyanatını təkzib edib.

AŞPA-dan azərbaycanlı deputata cavab

AŞPA-nın Monitorinq Komitəsinin sədri, estoniyalı deputat Andres Herkel assambleyada Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovun dediklərinə reaksiya verib. O, azərbaycanlı deputatın martın 20-de Parisdə Ermənistanda prezident seçkilərinin qeyri-demokratikliyindən bəhs edən çıxışını yekunlaşdırmasına imkan verməməsi barədə bəyanatını təkzib edib.

Xatırlıadaq ki, E.Süleymanov Herkelə etiraz əlaməti olaraq zalı tərk etdiyini demişdi. A.Herkel Turan agentliyinə bildirib ki, o, Süleymanovun çıxışını nitqinin məzmununa görə deyil, reqlamentə riayət etmək zərurəti ilə əlaqədar kəsib. "Görüşün və tərcüməçilərin işinin sonuna 12 dəqiqə qalırdı. Siyahıda birinci olan Süleymanov da daxil olmaqla, dörd natiq qalmışdı. O, 4 dəqiqə çıxış etdi və mən ondan 2 dəqiqədə nitqini yekunlaşdırmağı xahiş etdim, çünki Latviya, Ermənistan və Avstriyadan daha 3 natiq qalırdı. O, çıxışını yekunlaşdıra bilmədi və mən sədr olaraq onu dayandırmaq məcburiyyətində idim. O, 5 saatlıq görüş ərzində qısa çıxış etməyi xahiş etdiyim ilk həmkarımız deyildi", deyə Herkel bildirib.

AzNews.az