Azərbaycanın Əfqanıstanla bağlı görüşün keçirildiyi yer olaraq seçilməsi təsadüfi olmayıb. Azərbaycanın Əfqanıstanla bağlı görüşün keçirildiyi yer olaraq seçilməsi təsadüfi olmayıb.

Əfqanıstanla bağlı görüşün Azərbaycanda keçirilməsi təsadüfi olmayıb - “Arab News”

Azərbaycanın Əfqanıstanla bağlı görüşün keçirildiyi yer olaraq seçilməsi təsadüfi olmayıb.

Trend-in məlumatına görə, bu barədə “İrs” Fondunun (ABŞ) Xarici Siyasət Tədqiqatları Mərkəzinin direktoru Lük Koffinin “Arab News” qəzetində dərc olunan məqaləsində deyilir.

Müəllif həmin görüşlərdə bir neçə məqama toxunub:

“İlk növbədə Azərbaycanın seçilməsi təsadüfi olmayıb. Azərbaycanda artıq vacib beynəlxalq görüşlər baş tutub. Bakı diplomatik görüşlərin və mürəkkəb danışıqların keçirildiyi bir yer olaraq artıq Cənub Qafqazın Cenevrəsi kimi tanınır. Məsələn, fevral ayında Bakıda ABŞ və Rusiya hərbi komandanlığı arasında yüksək səviyyədə görüş keçirilmişdi”.

L.Koffi qeyd edib ki, Azərbaycan Əfqanıstanın inkişafı məsələsinə sədaqətini nümayiş etdirib:

“Görüş zamanı Əfqanıstan hökuməti ilə “Taliban” hərəkatı arasında sülh prosesinin vacibliyi məsələsi diqqət mərkəzində olub”.

Müəllifin sözlərinə görə, Əfqanıstanda münaqişənin nizamlanması üçün siyasi iradənin olub-olmaması məlum deyil, ona görə də Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun görüşləri çox vacibdir.

Qeyd edək ki, iyunun 28-də Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı keçirilib.

Beynəlxalq Təmas Qrupu 2009-cu ildə təsis edilib və Azərbaycan Respublikası daxil olmaqla, 60 dövlət və beynəlxalq təşkilat bu qrupda təmsil olunur.

AzNews.az