- Köhnə - Siyasət
- 2 İyul 2018 19:01
- 11 214
Bolqarıstanda Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı geniş material yayımlandı - Ermənilər TV-yə qarşı hücuma keçdi (Fotolar)
Bolqarıstan erməniləri Ermənistanın Azərbaycana tacavüzü barədə veriliş hazırlayan jurnalistə və televiziyaya qarşı hücuma keçiblər.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, 2016-cı ilin aprel hadisələrindən sonra Bolqarıstanın BTV telekanalı Dağlıq Qarabağa gedib.
Azərbaycan XİN-nin etirazından sonra Azərbaycana çəkiliş qrupu göndərilib. Bolqarıstan mediası təmas xəttində vəziyyət, erməni vəhşiliyi, Xocalı soyqırımı, o cümlədən münaqişə ilə bağlı ölkəmizin mövqeyi barədə obyektiv veriliş hazırlayıb.
Bu verilişə görə Bolqarıstan erməniləri jurnalistə və televiziyaya qarşı hücuma keçiblər, təhdidlərə başlayıblar.
AzNews.az