- Köhnə - Siyasət
- 6 İyul 2018 18:42
- 5 568
İlham Əliyevdən Meksikanın yeni prezidentinə məktub - Foto
Prezident İlham Əliyev Meksika Birləşmiş Ştatlarının yeni seçilmiş Prezidenti Andres Manuel Lopes Obradora təbrik məktubu göndərib.
AzNews.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli Andres Manuel Lopes Obrador, Meksika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Meksika arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və daha da möhkəmləndirilməsi yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Meksika xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".