Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan and içmə mərasimi keçirilib. Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan and içmə mərasimi keçirilib.

Ərdoğanın andiçmə mərasimi keçirildi - Fotolar + Video

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan and içmə mərasimi keçirilib.

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, iyunun 24-də keçirilən növbədənkənar prezident seçkilərində yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçirilib.

Mərasim Türkiyə Böyük Milli Məclisində təşkil olunub.

Bununla da Türkiyə rəsmən parlament idarə üsulundan prezident üsul-idarəsinə keçib.

Türkiyə Böyük Milli Məclisində keçirilən andiçmə mərasimindən sonra prezident iqamətgahında da təntənəli mərasim olacaq. Mərasimdə 22 dövlət və hökumət başçısı, 28 baş nazir və parlament sədri ilə 6 beynəlxalq təşkilatın baş katiblərinin iştirakı gözlənilir. R.T.Ərdoğan bu mərasimdə yeni hökumətin tərkibini açıqlayacaq.

Qeyd edək ki, R. T. Ərdoğan prezident seçkilərində 26 milyon 330 min 823 səslə qələbə qazanıb.

image description image description image description image description image description image description