Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın prioritetlərinə dair sənədin paraflanması mərasimi keçirilib və sənədin mətni üzrə danışıqlar yekunlaşdırılıb. Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın prioritetlərinə dair sənədin paraflanması mərasimi keçirilib və sənədin mətni üzrə danışıqlar yekunlaşdırılıb.

Azərbaycanla Aİ arasında tərəfdaşlıq sənədi paraflandı - Yenilənib

Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın prioritetlərinə dair sənədin paraflanması mərasimi keçirilib və sənədin mətni üzrə danışıqlar yekunlaşdırılıb.

APA-nın “European İnterest” agentliyinə istinadən verdiyi xəbərə görə, sənədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən imza atılıb.

Mərasimdə prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk da iştirak edib.

Məlumatda bildirilir ki, tərəfdaşlıq prioritetləri gələcək illər üçün Aİ-Azərbaycan əlaqələrində irəliyə doğru əhəmiyyətli bir addımdır. Tərəfdaşlıq prioritetləri Aİ-Azərbaycan münasibətlərinin daha da möhkəmləndirilməsinə yönəldiyi üçün Azərbaycan və Avropa İttifaqı xalqlarının rifahına müsbət təsir göstərəcək. Eləcə də, tərəfdaşlıq prioritetləri vasitəsilə Aİ və Azərbaycan iddialı və gündəmdə olan hərtərəfli öhdəliklərini yeniləmiş olurlar.

Tərəfdaşlıq prioritetləri artıq Avropa İttifaqı və Azərbaycan tərəfindən rəsmən təsdiq olunmuş sayılır və qəbulu gözlənilir.

======
11:00

“Bu gün prezident İlham Əliyevin NATO sammiti çərçivəsində Brüsseldə bir sıra görüşləri nəzərdə tutulub".

AzNews.az-ın xəbərinə görə, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, sammit çərçivəsində İlham Əliyev və Avropa İttifaqı rəhbərliyi arasında da görüş keçiriləcək: “Görüş zamanı Aİ və Azərbaycan arasında "Yeni tərəfdaşlıq prioritetləri" adlı sənədin paraflanması gözlənilir”.

AzNews.az