- Köhnə - Siyasət
- 13 İyul 2018 15:51
- 3 600
Ermənistanın yeni hakimiyyəti ucuz vasitələrlə ictimaiyyəti aldatmağa çalışır XİN
Ermənistan KİV-nin Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin hər hansısa bir sənədinin BMT-nin saytında yerləşdirilməsi barədə xəbəri yalan və dezinformasiyadan başqa bir şey deyildir.
Bu barədə AzNews.az-a XIN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama verib.
Onun sözlərinə görə, Ermənistanın yeni hakimiyyəti bu kimi ucuz vasitələrlə ilk növbədə Ermənistan ictimaiyyətini aldatmağa çalışır:
Qeyd edilir ki, Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi BMT-nin katibliyi və BMT üzv dövlətlərini Ermənistanın bu kimi qeyri-ciddi fəaliyyəti barədə məlumatlandırıb.