Rodriqo Labardini Qusarda - Fotolar

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Qusar rayonuna səfər edib.

Meksika səfirliyindən AzNews.az-a verilən xəbərə görə, səfir rayon icra başçısı Şair Alxasovla görüşüb.

Diplomat bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi 2014-cü ildə 7,201 milyon dollar olub. 2016-cı ildə isə bu rəqəm 21,1 milyona çatıb və ötən il də analoji göstərici qeydə alınıb.

Səfirliyin proqnozuna əsasən, ilin sonunadək iki ölkə arasında ticarət dövriyyəsi 25 milyon dollara çata bilər. Bu, Meksika və Azərbaycan sahibkarları arasında münasibətlərin daha da yaxınlaşması və dərinləşməsinin zəruriliyini göstərir.

Səfir Labardini qeyd edib ki, ötən il Meksika dünyanın müxtəlif yerlərindən 39 milyon turist qəbul edib. Onun sözlərinə görə, ziyarətçilərin sayına görə Meksika dünya üzrə altıncı yer tutur.

Ş. Alxasov isə bildirib ki, gözəl mənzərəsi və qış idman kompleksləri sayəsində Qusar rayonu ilin istənilən fəslində yerli əhali və əcnəbilər tərəfindən Azərbaycanda ən çox ziyarət edilən yerlərdən biridir.

Səfir Labardini Qusara səfəri zamanı Şahdağ turizm mərkəzində olub, habelə fermerlərə dəstək məqsədilə tikilmiş Logistik mərkəzə baş çəkib.

image description image description