- Köhnə - Siyasət
- 14 İyul 2018 11:06
- 5 330
Xalq-iqtidar birliyi sabitliyimizin əsas şərtidir - Azərbaycan prezidenti
"Xalq-iqtidar birliyini heç bir qüvvə - nə xarici, nə daxili qüvvə sarsıda bilməz".
Bu sözləri Prezident İlham Əliyev iyulun 13-də Azərbaycan Prezidenti yanında respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda deyib.
Dövlət başçısı qeyd edib ki, müstəqillik tariximizdə ölkəmizə qarşı bir neçə dəfə təxribatlar törədilib, o cümlədən silahlı təxribatlar, terror aktları, dövlət çevrilişlərinə cəhd. Lakin onların biri də baş tutmayıb:
"Bunun başlıca səbəbi ondan ibarətdir ki, Azərbaycanda xalq-iqtidar birliyi var. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm, xalq-iqtidar birliyi sabitliyimizin əsas şərtidir. Xalq-iqtidar birliyini heç bir qüvvə - nə xarici, nə daxili qüvvə sarsıda bilməz".
AzNews.az