- Köhnə - Siyasət
- 18 İyul 2018 11:20
- 4 337
Tacikistan prezidenti avqustda Azərbaycana səfər edəcək
Tacikistan prezidenti Emomali Rahmon avqust ayında Azərbaycana gələcək.
APA-nın "Asia-Plyus" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Tacikistan hökuməti məlumat yayıb.
Bildirilir ki, avqustda Tacikistan prezidenti E. Rahmonun Azərbaycan, Özbəkistan və Türkmənistana səfəri planlaşdırılıb. Azərbaycana səfər çərçivəsində iki ölkə arasında bəzi sənədlərin imzalanması gözlənilir.
Səfərin dəqiq tarixi yaxın vaxtlarda elan ediləcək