Azərbaycan Müdafiə Nazirliyi Arsrun Hovannisyanın iddialarına cavab verib. Azərbaycan Müdafiə Nazirliyi Arsrun Hovannisyanın iddialarına cavab verib.

“Arsrun Hovannisyan bizə növbəti dəfə haranı azad etməli olduğumuzu dəqiq göstərib”

Azərbaycan Müdafiə Nazirliyi Arsrun Hovannisyanın iddialarına cavab verib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vagif Dərgahlı açıqlamasında bildirib ki, bu üsulla Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi "Google Earth" vasitəsilə planetin hər hansı bir nöqtəsinin görüntüsünü çəkərək, onu erməni ictimaiyyətinə təqdim edə bilər: "Eyni yolla da, erməni ordusunun göstərilən ərazini öz nəzarəti altında saxladığını da fotonun aşağısında yazmaq mümkündür. Bu gün hətta məktəbli də həmin üsulla internet proqramından istifadə edərək istənilən ərazinin surətini çıxarıb onu sosial şəbəkələrdə paylaşa bilər. Zarafatı bir kənara qoysaq, afərin Arsruna ki, bizə növbəti dəfə haranı azad etməli olduğumuz oriyentirləri dəqiq göstərib".

Xatıqrladaq ki, Arsrun Hovannisyan bu günlərdə öz "Facebook" səhifəsində paylaşdığı fotoları erməni mövqelərindən özünün çəkdiyini, həmçinin görüntülərin guya Ordubad şəhərinə və ətraf kəndlərə aid olduğunu iddia edib.

AzNews.az