Bakıda Kolumbiyanın Milli Günü münasibətilə rəsmi qəbul keçirilib. Bakıda Kolumbiyanın Milli Günü münasibətilə rəsmi qəbul keçirilib.

Bakıda Kolumbiyanın Milli Günü münasibətilə rəsmi qəbul keçirilib

Bakıda Kolumbiyanın Milli Günü münasibətilə rəsmi qəbul keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Marta Qalindo Kolumbiyanın Milli Günü tarixindən söz açıb və bu il ölkəsinin müstəqilliyinin 208 ili tamam olduğunu xatırladıb.

M.Qalindo son 2 ildə Azərbaycan-Kolumbiya münasibətlərində nailiyyətlərin əldə olunduğunu qeyd edib: “Kolumbiya və Azərbaycanın kənd təsərrüfatı sahələrini inkişaf etdirmək və əlaqələri möhkəmləndirmək naminə olan birgə marağı sayəsində və həmçinin özəl sektorların birgə apardığı işin bəhrəsi olaraq artıq Kolumbiyada bolluq rəmzi olan narın yetişdirilməsinə başlanılıb. “Red Valley” Azərbaycan şirkətinin Kolumbiyaya bəxş etdiyi 1200 nar ağacı artıq Kolumbiyanın Kauka Cayl vadisində yetişdirilməkdədir. Eyni qayda üzrə Zaqatalanın fındıqlarının da Kolumbiyaya aparılması üçün işlər görülür.

Bundan başqa, neft-qaz, yüksək texnologiyalı nəqliyyat və s. kimi sahələrdə müasir dünyada özünü sübut edən Azərbaycanla bu sektorda uzunmüddətli investisiyaların əldə edilməsi üçün danışıqlar aparılır".

Xanım Qalindo deyib ki, 2016-cı ildən bu yana böyük ümidlərlə başlanan birgə addımlar artıq son illərdə öz nəticələrini verərək daha da sürətlənib: “Bu il Azərbaycan dövlət qulluqçularına ispan dili tədrisinin 6-cı versiyasını keçirəcəyik. Ümid edirəm ki, ticarətdə əlaqələrin şaxələndirilməsi məqsədilə Qafqaz regionuna yad olan dadların, yeni tropik meyvələrin gətirilməsi üçün həyata keçirilən layihələr də qısa zamanda öz bəhrəsini verəcək. Azərbaycanla mədəniyyət və incəsənət sahəsində də əməkdaşlığa başlamaq üçün Kolumbiyanın dünyaca məşhur rəssamı Fernando Boteronun əsərlərinin gətirilməsi üçün Heydər Əliyev fondu ilə birgə çalışırıq".

Daha sonra çıxış edən Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Azər Hüseyn Azərbaycan hökuməti adından Kolumbiyanı bu bayram münasibətilə təbrik edib.

A.Hüseynin sözlərinə görə, əlaqələr ötən illər ərzində daim möhkəmlənib, siyasi-mədəni dialoq yaranıb, iqtisadi, turizm, kənd təsərrüfatı kimi sahələrdə əlaqələrin inkişafı üçün yeni imkanlar ortaya çıxıb.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinə dair Kolumbiya Konqresi tərəfindən qətnamələrin qəbulunu Azərbaycan yüksək qiymətləndirir: “Azərbaycan Mərkəzi və Latın Amerikası ölkələri ilə əməkdaşlığa əhəmiyyət verir. Əlaqələrimizin daha da inkişaf edəcəyinə ümid edirəm"