“Zöhrab Mnatsakanyan Edvard Nalbandyandan daha peşəkar diplomatdır”. “Zöhrab Mnatsakanyan Edvard Nalbandyandan daha peşəkar diplomatdır”.

Elmar Məmmədyarov Ermənistanın indiki və keçmiş XİN rəhbərləri arasındakı fərqi açıqladı

“Zöhrab Mnatsakanyan Edvard Nalbandyandan daha peşəkar diplomatdır”.

APA-nın xəbərinə görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında jurnalistin yeni ermənistanlı həmkarı ilə bağlı təəssüratları, Z. Mnatsakanyan və E. Nalbandyanın nə ilə fərqləndiklərini barədə sualını cavablandırarkən deyib.

E. Məmmədyarov bildirib ki, ötən görüş Zöhrab Mnatsakanyan ilə onun ilk görüşü idi və onlar bir-birilərini tanımağa çalışıblar. O ki qaldı fərqə, E. Məmmədyarov yeni həmkarının daha peşəkar diplomat olduğunu söyləyib.

Xatırladaq ki, iyulun 11-də Brüsseldə E. Məmmədyarov və Z. Mnatsakanyan arasında görüş keçirilib.

AzNews.az