Fazil Mustafa: “Çoxları məsuliyyətsiz formada PKK-ya qarşı ənənəvi tədbirlərin davamını tələb edə bilər...” Fazil Mustafa: “Çoxları məsuliyyətsiz formada PKK-ya qarşı ənənəvi tədbirlərin davamını tələb edə bilər...”

“Qarabağ məsələsində bizi seçim qarşısında qoyacaqlar”

Fazil Mustafa: “Çoxları məsuliyyətsiz formada PKK-ya qarşı ənənəvi tədbirlərin davamını tələb edə bilər...”


"ABŞ bölgədə siyasi planlarının gerçəkləşməsi üçün ağırlığı bu iki dövlətin üzərinə qoyduğundan İsraili inadkar davranışdan əl çəkməyə məcbur etdi. İran, Suriya və Fələstin məsələlərində çox güman ki, Türkiyə və İsrailin birgə siyasət yürütməsi nəzərdə tutulub. Bütün hallarda Türkiyənin bölgədəki rolunun artması üçün ABŞ yeni imkanlar açmış oldu".

Bu fikirlər Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafanın facebook səhifəsindəki statusunda yer alıb. Türkiyə-İsrail münasibətlərindəki gərginliyin aradan qaldırılması üçün rəsmi Təl-Əvivin barışıq jestini şərh edən BQP sədri hesab edir ki, baş verənlər böyük planın tərkib hissəsidir:

"Ərdoğanın PKK ilə bağlı yürütdüyü yeni siyasət də, hər nə qədər risqli görünsə də, ən optimal yollardan biri sayıla bilər. İsraillə münasibətlərin normallaşması da PKK-nı ciddi bir dayaqdan məhrum edəcək. Çoxları məsuliyyətsiz formada PKK-ya qarşı ənənəvi tədbirlərin davamını tələb edə bilər, ancaq illər uzunu sınaqdan çıxmış savaş yolu terroru dayandıra bilmədiyindən, yeni vasitələrin işə düşməsi vacibdir".
Bizim kimi Neft Fondundan boşalmış büdcəni doldurmaq şanslarının olmadığını vurğulayan F.Qəzənfəroğlu qeyd edib ki, hər alınan silahın, atılan patronun vergi ödəyicisinin cibindən çıxdığını hər kəs anlayır və yerini doldurmaq üçün təbii resursları da yoxdur:

"İsrail rəsmiləri üzr məsələsini şərh edərkən, maraqlı bir ifadə işlətdilər: dövlətin ali mənafeləri tələb edəndə, qürur məsələsi arxa palanda qala bilər. Türkiyədə isə PKK-ya yönəlik yeni siyasəti tənqid edənlər məsələyə demək olar ki, qürur kontekstindən yanaşırlar. Dövlətin ali mənafeyi, yoxsa qürur? Hər toplumun xarakterinə aid elə nüanslar var ki, hansı tarixi məqamda hansını seçmək sədəcə siyasətçilərin zəka və intiusiyasına buraxılmış bir məsələdir. Nə yazıq ki, heç də uzaq olmayan bir zamanda Qarabağ məsələsində bizi də bu seçim qarşısında qoyacaqlar".

Gültəkin
AzNews.az