Məqsədimiz beynəlxalq qurumlara və bütün dünyaya erməni vəhşiliyini bir daha faktlarla təqdim etməkdir. Məqsədimiz beynəlxalq qurumlara və bütün dünyaya erməni vəhşiliyini bir daha faktlarla təqdim etməkdir.

QHT-lər Allahverdi Bağırovun abidəsinə görə hərəkətə keçdi

Məqsədimiz beynəlxalq qurumlara və bütün dünyaya erməni vəhşiliyini bir daha faktlarla təqdim etməkdir.

Bu sözləri Axar.az-a Azərbaycan Milli Qəhrəmanı Allahverdi Bağırovun şəhid olduğu yerdə qoyulan abidəsinin ermənilər tərəfindən dağıdılmasına qarşı başlatdığı kampaniya haqda danışan BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı deyib. O bildirib ki, Allahverdi Bağırova şəhid düşdüyü yerdə qoyulan abidənin Xankəndinə aparılması və xüsusi təntənə ilə dağıdılması vandalizmdir:

“O abidənin Allahverdi Bağırovun məzarı üstündə qoyulmadığı, şəhid olduğu yerdə qoyulduğu deyilir. Zənnimcə, bunun heç bir fərqi yoxdur. Əslində bu fakt təsdiqləyir ki, ermənilər azərbaycanlılara məxsus qəbirlərə qarşı hansı vəhşiliyi törətməyə qadirdir. Xatırlayırsınızsa, erməni vandallar Şuşada Azərbaycanın dahi övladlarının abidələrini də güllələmişdilər. Buna görə də QHT sədri kimi bu vəhşiliyə görə beynəlxalq təşkilatlara rəsmi müraciət edəcəyik. Feysbuk hesabımdan həmkarlarıma müraciət edərək onları Allahverdi Bağırovun abidəsinə qarşı törədilmiş vandal aktını bütün dünyaya göstərməyə səsləmişəm. Dünən gecədən başlatdığımız kampaniyaya artıq onlarla QHT rəhbəri, politoloq, tanınmış şəxslər və jurnalistlər qoşulublar”.

N.Orduxanlı qeyd edib ki, kampaniya yekunlaşdıqdan sonra QHT rəhbərləri adından bütün beynəlxalq qurumlara ingilis dilində müraciət göndəriləcək:

“Məqsədimiz beynəlxalq qurumlara, dünyaya erməni vəhşiliyini bir daha faktlarla təqdim etməkdir. Videodan da göründüyü kimi, ermənilər nümayişkarənə şəkildə bir qübirüstü abidəyə qarşı vəhşilik törədirlər. Hər zaman insan hüquqlarından danışan beynəlxalq qurumlar bu məsələni diqqətdə saxlamalı, rəsmi olaraq Ermənistana öz etirazlarını bildirməlidirlər”.

Qeyd edək ki, Azərbaycan Milli Qəhrəmanı Allahverdi Bağırovun abidəsi ermənilər tərəfindən dağıdılıb.