"Son 15 ildə ölkəmiz mühüm inkişaf yolu keçib. Ötən müdət ərzində bütün sahələrdə olduğu kimi nəqliyyat infrastrukturunda da əsaslı yenilənmələr olub, ictimai nəqliyyat və metro infrastrukturu müasir standartlara uyğun yenidən formalaşdırılıb. Bu gün Azərbaycanda vətəndaşların rahat və komfortlu nəqliyyat vasitələrindən istifadə etmələri üçün şərait yaradılıb". "Son 15 ildə ölkəmiz mühüm inkişaf yolu keçib. Ötən müdət ərzində bütün sahələrdə olduğu kimi nəqliyyat infrastrukturunda da əsaslı yenilənmələr olub, ictimai nəqliyyat və metro infrastrukturu müasir standartlara uyğun yenidən formalaşdırılıb. Bu gün Azərbaycanda vətəndaşların rahat və komfortlu nəqliyyat vasitələrindən istifadə etmələri üçün şərait yaradılıb".

“Tarif dəyişikliyi həm də buna müsbət təsir göstərəcək” - Deputat

"Son 15 ildə ölkəmiz mühüm inkişaf yolu keçib. Ötən müdət ərzində bütün sahələrdə olduğu kimi nəqliyyat infrastrukturunda da əsaslı yenilənmələr olub, ictimai nəqliyyat və metro infrastrukturu müasir standartlara uyğun yenidən formalaşdırılıb. Bu gün Azərbaycanda vətəndaşların rahat və komfortlu nəqliyyat vasitələrindən istifadə etmələri üçün şərait yaradılıb".

Bu fikirləri "Yeni Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin üzvü Rauf Əliyev deyib.

Onun sözlərinə görə, Tarif (qiymət) Şurasının bir sıra nəqliyyat xidmətlərinin qiymətinin tənzimlənməsi ilə bağlı qərarı bu sahədə daha yüksək inkişafa xidmət göstərəcək. Millət vəkili bildirib ki, tarif dəyişikliyi həm də nəqliyyat sektorunun maliyyə təminatının daha da yaxşılaşdırılmasına müsbət təsir göstərəcək: "Biz digər ölkələrin analoji tariflərinə nəzər salsaq daha yüksək qiymətlərlə rastlaşa bilərik. Statistik rəqəmlərə əsasən deyə bilərik ki, dünya ölkələri ilə müqayisədə Azərbaycanda ictimai nəqliyyat və metronun qiyməti ən aşağı səviyyədədir. Bu gün istər nəqliyyatdaşımada, istərsə də metrolarda yeni nəqliyyat vasitələri alınır və insanların daha rahat şəkildə daşınması təmin edilir. Bu mənada görülən işlərin davamlılığını təmin etmək üçün belə bir addım atılmalı, qiymətlər mövcud reallıqlarla tənzimlənməlidir".

AzNews.az