- Köhnə - Siyasət
- 31 İyul 2018 19:50
- 3 596
İlham Əliyev Benin dövlət başçısını təbrik edib
Prezident İlham Əliyev Benin Prezidenti Patris Talona təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Benin Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və tərəqqi arzulayıram".