Bu gün "Real" Partiyasının həbsdəki sədri İlqar Məmmədov azadlığa buraxılıb. Bu məsələ ənənəvi müxalifətin ənənəvi “davası” ilə bağlı yeni gümanlar yaradır. Belə ki, bu radikal müxalifət onun bayrağı altından keçməyən istənilən müxalifətçini ya qəbul etmir, ya da ona qurşaqdan aşağı zərbə vurur. Konkret olaraq, AXCP və Müsavat “müxalifət” sertifikatını heç kimə vermək istəmir. İstisna deyil ki, “Real” partiyaya çevrildiyindən İlqar Məmmədov da tezliklə Xalq Cəbhəsi və Müsavat partiyalarının qəzəbinə tuş gələcək. Bu gün "Real" Partiyasının həbsdəki sədri İlqar Məmmədov azadlığa buraxılıb. Bu məsələ ənənəvi müxalifətin ənənəvi “davası” ilə bağlı yeni gümanlar yaradır. Belə ki, bu radikal müxalifət onun bayrağı altından keçməyən istənilən müxalifətçini ya qəbul etmir, ya da ona qurşaqdan aşağı zərbə vurur. Konkret olaraq, AXCP və Müsavat “müxalifət” sertifikatını heç kimə vermək istəmir. İstisna deyil ki, “Real” partiyaya çevrildiyindən İlqar Məmmədov da tezliklə Xalq Cəbhəsi və Müsavat partiyalarının qəzəbinə tuş gələcək.

“İlqar Məmmədov daha çox müxalifətdən zərbə alacaq”

Bu gün "Real" Partiyasının həbsdəki sədri İlqar Məmmədov azadlığa buraxılıb. Bu məsələ ənənəvi müxalifətin ənənəvi “davası” ilə bağlı yeni gümanlar yaradır. Belə ki, bu radikal müxalifət onun bayrağı altından keçməyən istənilən müxalifətçini ya qəbul etmir, ya da ona qurşaqdan aşağı zərbə vurur. Konkret olaraq, AXCP və Müsavat “müxalifət” sertifikatını heç kimə vermək istəmir. İstisna deyil ki, “Real” partiyaya çevrildiyindən İlqar Məmmədov da tezliklə Xalq Cəbhəsi və Müsavat partiyalarının qəzəbinə tuş gələcək.

Mövzu ətrafında siyasi şərhçi Azər Rəşidoğlu ilə danışdıq. O bildirdi ki, İlqar Məmmədovun bundan sonrakı siyasi fəaliyəti barədə nəsə danışmaq bir qədər çətindir:

“Əvvəla, azadlığa çıxmağı münasibətilə İlqarın ailəsini, yaxınlarını təbrik edirəm. O, 2 il müddətinə şərti azadlığa buraxılıb. Bu gün Azərbaycanın siyasi sistemində, müxalif cəbhədə bir boşluq yaranıb. Ona görə də yeni bir nəfəsə, simaya ehtiyac duyulur. Cəmiyyətin bir hissəsində hələ ki, İlqar Məmmədova ümidlər var. Amma İ.Məmmədov bu ümidləri doğrulda biləcəkmi? Cəmiyyət bəzən liderdən və yaxud siyasətçidən onun imkanları xaricində olan şeyləri tələb edir. Amma mövcud reallıq var. Bu reallıq çərçivəsində İlqar və ya qeyrisi vəziyyəti dəyişmək iqtidarında deyil. Bunlara baxmayaraq, İlqar Məmmədov siyasi təşəbbüsü ələ alacaqsa, protest elektoratının liderinə çevrilə bilər. Protestçi seqment mövcud ənənəvi müxalifətdən bir növ üz döndərmə ərəfəsindədir və ya artıq üz döndərib. Əgər İlqar Məmmədov ənənəvi müxalifət düşərgəsində təmsil olunan narazı elektoratın rəğbətini qazanacaqsa, bu ənənəvi siyasi partiya, ənənəvi partiya liderlərinin qısqanclığı və qəzəbi ilə nəticələnəcək”.

A.Rəşidoğlu təəssüflə vurğuladı ki, siyasətdə qara piar, qurşaqdan aşağı zərbə kimi hallara tez-tez rast gəlinir. Bu baxımdan, İlqar Məmmədov da aktiv siyasi mübarizəyə başlayacaqsa, hakimiyyətdən daha çox müxalifət düşərgəsindən zərbə alacaq:

“Cəmiyyət artıq 20-30 ilin daşlaşmış partiya sədrlərini deyil, yeni simalar görmək istəyir. İlqar Məmmədov isə müstəqil partiyanın sədri kimi fəaliyyətə məhz bundan sonra başlayacaq. Onu çox çətin günlər gözləyir. Əgər hakimiyyət və müxalifət eyni dərəcədə ona hücum edəcəsə, İ. Məmmədovun vəziyyəti o qədər də ürəkaçan olmayacaq. Azərbaycan müxalifətinin problemi ondadır ki, insanlar onlara daha çox həbsxanada lazımdır. Vaxtilə gənclər hərəkatının rəhbəri olan Ruslan Bəşirli həbsxanada olanda onun ətrafında ciddi ajiotaj qaldırılmışdı, həbsdən çıxarılmasını tələb edirdilər. Həbsdən çıxandan sonra keçmiş səhvlərini təkrar eləmədikdə onu təqdir edən həmin kəsim artıq ona qarşı qara piara və qurşaqdan aşağı zərbə vurmağa başladılar. Bu baxımdan, İlqar Məmmədov da ənənəvi müxalifət partiyalarının liderləri ilə birgə hərəkət etmək zorunda deyil. Onlarla birgə etiraz aksiyaları keçirməyə məhkum deyil. Eyni zamanda, onların qəbul etdikləri bəyanatlara düşünmədən imza atmaq məcburiyyətində də deyil”.

“Real” partiyasının sədri İlqar Məmmədovun yenidən siyasi fəaliyyətə başlaması ilə yeni situasiya yaranacaq. İlk növbədə klassik müxalifətlə yeni yaranan liberal çevrələrin birlikdə fəaliyyətinin mümkün olub-olmaması aydınlaşacaq.

Bu sözləri isə AzNews.az-a açıqlamasında AXCP sədri postuna keçmiş namizəd Sahib Kərimli dedi. Onun ehtimalına görə, onsuz da hər gün geriləyən ənənəvi müxalifətin zəifləməsi sürətlənəcək:

“Onlardan gözləntiləri olanların bir hissəsinin diqqəti “Real”-a yönələcək. “Real”-ın strateji fəaliyyət məqsədləri və elektoratı ilə klassik müxalifətin hədəflərində kəskin fərqlər tam aydın görünəcək. Cəmiyyətin “Real”-dan gözləntiləri artacaq. Buna necə cavab verəcəklərini isə zaman göstərəcək”.

S.Kərimli bildirdi ki, “Real”ın effektiv fəaliyyəti klassik müxalifət cinahını yenidən düşünməyə məcbur edəcək. Klassik müxalifət REAL -ın uğur qazanacağı təqdirdə öz varlığını qorumaq üçün reformalar etməlidir.

“Reformaya meyilli görünməyən, postlarını saxlamaqdan başqa heç nə haqqında düşünə bilməyən ənənəvi müxalifət çalışacaq ki, İ.Məmmədovu yanına çəkib məsuliyyəti və ya mümkünsə, uğuru bölüşsün. Bu olmayacağı təqdirdə və onlardan daha kreativ fəaliyyət olarsa, “Real”-a qarşı kampaniya başlayacaq” - deyə, S.Kərimli əlavə etdi.

Qeyd edək ki, bu gün Şəki Apelyasiya Məhkəməsində hakim Gündüz Abbasovun sədrliyi ilə keçirilən prosesdə İ. Məmmədov azadlığa buraxılıb.

İ.Məmmədov 2013-cü il yanvarın 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Elgün MƏNSİMOV
AzNews.az