- Köhnə - Siyasət
- 5 Sentyabr 2018 10:00
- 7 239
“Ölkə qaranlığa qərq olan gün Pirverdiyevin “qələmi qırılmışdı”...” - Millət vəkili
“Etibar Pirverdiyev öz işi ilə öz məsələsini həll etmişdi”.
Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevin vəzifəsindən azad edilməsi haqqında Prezident İlham Əliyevin sərəncamını şərh edərkən deyib. Onun sözlərinə görə, Etibar Pirverdiyev ona göstərilən etimadı doğrultmayıb:
“Əslində bu, gözlənilən sərəncam idi. Pirverdiyev öz işi ilə özünə sərəncam verdi.
Prezident ona böyük etimad göstərmişdi, necə illər idi ki, vəzifə kürsüsündə oturmuşdu. Qüsur aydındır. Elə qüsurlar var ki, o, ayrı-ayrı adamlara məlum olur. Amma Pirverdiyev öz qüsurunu bütün Azərbaycanla bir etdi. Bu məsələ hər bir Azərbaycan ailəsindən keçdi. Respublika səviyyəsində hadisə baş verdi, Azərbaycan qaranlığa qərq oldu. Prezident ölkədə baş verənləri təmkinlə dinləyir və sonunda da öz qərarını verir”.
Bahar RÜSTƏMLİ
AzNews.az