“Bütün hallarda Azərbaycan dövləti tərəfindən nümayiş olunan humanizmə qarşı adekvat olmayan mövqenin sərgilənməsi eyni zamanda tamamilə ədalətsiz, heç bir fakta söykənməyən mülahizələrin sürülməsi yolverilməzdir”. “Bütün hallarda Azərbaycan dövləti tərəfindən nümayiş olunan humanizmə qarşı adekvat olmayan mövqenin sərgilənməsi eyni zamanda tamamilə ədalətsiz, heç bir fakta söykənməyən mülahizələrin sürülməsi yolverilməzdir”.

“Bu fakt İlqar Məmmədovun dövlətə qarşı qərəzli mövqedə durduğunu sübuta yetirir” - Mövqe

“Bütün hallarda Azərbaycan dövləti tərəfindən nümayiş olunan humanizmə qarşı adekvat olmayan mövqenin sərgilənməsi eyni zamanda tamamilə ədalətsiz, heç bir fakta söykənməyən mülahizələrin sürülməsi yolverilməzdir”.

Bunu şərhçi Elçin Mirzəbəyli İlqar Məmmədovun Azərbaycan dövlətinə qarşı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu faktın özü bir daha İlqar Məmmədovun dövlətimizə qarşı münasibətdə nə qədər qərəzli mövqedə durduğunu sübuta yetirir.

İlqar Məmmədovun keçirdiyi mətbuat konfransında həbs olunması ilə bağlı səsləndirdiyi iddiaların tamamilə absurd olduğunu dilə gətirən E.Mirzəbəyli söyləyib ki, sözügedən şəxs elə bir siyasi çəkiyə malik olan fiqur deyil ki, mövcud hakimiyyətə hər hansı bir formada təhlükə yaratsın: “İlqar Məmmədovu tanıyan insanlar onun bu günə qədər cəmiyyətə konseptual fikir təqdim etdiyinin şahidi olmayıb. O, sadəcə olaraq, boğazdan yuxarı mülahizələr səsləndirməklə yadda qalıb”.

Siyasi şərhçi qeyd edib ki, İlqar Məmmədov klub çərçivəsinə daxil olan siyasətçidir: “Yəni məhdud çərçivədə fəaliyyət göstərmək potensialına malik olan siyasət adamıdır. Onun böyük siyasətə heç bir aidiyyatı yoxdur. Bu baxımdan İlqar Məmmədovun hər hansı iddialarla çıxış etməsi gülüncdür. İlqar Məmmədov heç bir uğura imza atmaq gücündə və potensialında deyil”. (sia)

AzNews.az