“Bu insanlar görmədikləri, hətta eşitmədikləri işlərdən saatlarla danışa bilər. Bu tip adamlar ona heç kimin qulaq asmadığına, artıq dediklərindən bezdiklərinə fikir vermədən danışacaqlar. Çünki başqa iş bilmirlər, çörəkləri bundan çıxır” “Bu insanlar görmədikləri, hətta eşitmədikləri işlərdən saatlarla danışa bilər. Bu tip adamlar ona heç kimin qulaq asmadığına, artıq dediklərindən bezdiklərinə fikir vermədən danışacaqlar. Çünki başqa iş bilmirlər, çörəkləri bundan çıxır”

Rəsul Quliyevdən müxalifətçi “dostlarına” atmaca

“Bu insanlar görmədikləri, hətta eşitmədikləri işlərdən saatlarla danışa bilər. Bu tip adamlar ona heç kimin qulaq asmadığına, artıq dediklərindən bezdiklərinə fikir vermədən danışacaqlar. Çünki başqa iş bilmirlər, çörəkləri bundan çıxır”



Bu sözləri eks-spiker Rəsul Quliyev bu gün facebook səhifəsində yazıb. Sabiq spiker hesab edir ki, belə tip adamlarla demokratiya uğrunda mübarizə aparmaq və ölkənin taleyini onlara tapşırmaq mümkün deyil:

"Belə adamlara demokratiya uğrunda mübarizə aparıb, qələbə çalmaq tapşırılsa aydın məsələdir ki, o ölkədə demokratiyanın vəziyyəti necə olacaq. Mənim üçün maraqlıdır, özlərini kimlərinsə davamçısı adlandıranlar kimin yolunu və idealogiyasını davam etdirirlər və onu hara gətirib çıxarıblar, sualına cavab verə bilərlərmi? Mənim yazılarımda heç kimin adı çəkilmir. Elə adlar var ki, həqiqətən camatın diqqətini o adlara cəlb etməyi özümə layiq bilmirəm. Ancaq bu insanlar özləri özlərini mənim yazılarımda tapıb və artıq birbaşa mənə hucuma keçirlər."

Gültəkin
AzNews.az