“Azerspace-2” peykinin sentyabrın 26-da orbitə buraxılması Azərbaycanın və Türkiyənin ortaq sevincidir. “Azerspace-2” peykinin sentyabrın 26-da orbitə buraxılması Azərbaycanın və Türkiyənin ortaq sevincidir.

“Bu, ortaq sevincimizdir” - Bilal Dündar

“Azerspace-2” peykinin sentyabrın 26-da orbitə buraxılması Azərbaycanın və Türkiyənin ortaq sevincidir.

Bu fikirləri açıqlamasında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri bildirib.

Bakı Ekspo Mərkəzində “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisinin keçirildiyi bir vaxtda “Azerspace-2” peykinin orbitə buraxılması xəbərinin düşmənlər üçün göz dağı olduğunu ifadə edən dərnək sədri fikirlərini belə davam edib: “Tarixdə elə işlər olur ki, onun bəhrəsini görmək zamana bağlı olur. Məsələn, 1994-cü ildə ulu öndər Heydər Əliyevin siyasi iradəsi əsasında “Əsrin müqaviləsi” imzalananda çoxları bu ideyanın xülya olduğunu zənn edirdi. Zaman hər şeyi yoluna qoydu. Siyasi qüdrət həmişə uca dağları fəth edir. Mən əminəm ki, 20-25 il bundan əvvəl həyata keçirilən neft strategiyasının bəhrəsini bu gün Azərbaycan və Türkiyə birgə gördüyü kimi, hazırda həyata keçirilən layihələrin də əsl bəhrəsi qarşıdakı illərdə özünü nümayiş etdirəcək. “Azerspace-2” peykinin sentyabrın 26-da orbitə buraxılması Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi ardıcıl tarixi nailiyyətlərin davamıdır”.( AZƏRTAC)

AzNews.az