Gülağa Aslanlı: “Müxalifət əsas namizədini seçkiyə 10 gün qalmış da müəyyənləşdirə bilər” Gülağa Aslanlı: “Müxalifət əsas namizədini seçkiyə 10 gün qalmış da müəyyənləşdirə bilər”

“İsa Qəmbər də elə bunu deyib”

Gülağa Aslanlı: “Müxalifət əsas namizədini seçkiyə 10 gün qalmış da müəyyənləşdirə bilər”



Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu müxalifətin vahid namizəd məsələsi ilə bağlı çox gecikdiyini əsas gətirərək, bu məsələnin gündəmdən çıxarmaq lazım olduğunu deyib. Partiya sədri bununla bağlı verdiyi açıqlamada müxalifət partiyalarının vahid namizədin müəyyən olunmasında səmimi olmadığını bildirib:

"Çünki bunu istəmədilər, bu gün də istəmirlər və bu gün də "vahid namizəd lazımdır" deyənlər səmimi deyil, əksinə, onlar artıq başa düşürlər ki, vahid namizəd məsələsini reallaşdırmaq qeyri-mümkündür".

Sərdar Cəlaloğlunun fikrincə, vahid namizəd məsələsi artıq vaxt baxımından heç bir məna kəsb etmir. O qeyd edib ki, bəzi qüvvələrin "vahid namizəd istəyirik" və yaxud "müxalifətin geniş koalisiyasını istəyirik" fikri sadəcə olaraq ictimai bəraət qazanmaqdan başqa heç nəyə xidmət etmir.

ADP sədrinin fikirlərinə münasibət bildirən Müsavat partiyasının başqan müavini Gülağa Aslanlı isə AzNews.az-a açıqlamasında müxalifətin vahid namizədi məsələsinin gündəmdən çıxarılmasının tərəfdarı olduqlarını dedi:

"Müsavat başqanı İsa Qəmbər də bunu deyib. Biz müxalifətin əsas namizədinin olmasını istəyirik. Hələlik bu istiqamətdə danışıqlar gedir. Sərdar Cəlaloğludan fərqli olaraq, hesab edirəm ki, bu məsələdə müxalifət gecikməyib. Seçkiyə 10 gün qalmışa qədər müxalifət əsas namizədini müəyyən edə bilər. Qüvvədə olan Seçki Məcəlləsi bizə bu imkanı verir. Hərənin məsələrə öz baxışı var".

Nazim
AzNews.az