- Köhnə - Siyasət
- 22 May 2013 09:09
- 1 345
Bakıda məhbus həbsxananın dəhlizində öldü
![](https://www.aznews.az/storage/photos/Hebsxana-Reshotka.jpg)
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində ölüm hadisəsi baş verib
Lent.az-ın məlumatına görə, Binəqədi rayonu ərazisində yerləşən müəssisədə cəzaçəkən, 2004-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 13 il müddətinə azadlıqdan məhrum edilən 1955-ci il təvəllüdlü Hüseynov Novruz Məmməd oğlu qəfil ölüb. O, müəssisənin 2 saylı yataqxanasının dəhlizində qəfil yıxılıb və yerindəcə keçinib.
Qeyd edək ki, dünyasını dəyişmiş məhbus Naxçıvan MR, Şərur rayonunun Yayıcı kəndində anadan olubmuş.
Faktla əlaqədar araşdırmalar aparılır.
AzNews.az