“...bu məsuliyyəti üzərimizə götürəcəyik” “...bu məsuliyyəti üzərimizə götürəcəyik”

Əli Kərimli təəssüfləndi: “Kaş ki, razılığı tez əldə edəydik”

“...bu məsuliyyəti üzərimizə götürəcəyik”



"Milli Şura hələ formalaşma mərhələsindədir. Hələlik vahid namizədlə bağlı hər hansı razılaşmamız yoxdur.Amma, şəxsi fikrimi deyirəm, məntiq və ölkədə siyasi proseslərin axarı bizdən tələb edir ki, Milli Şura olaraq, qarşıdan gələn prezident seçkilərində vahid namizədlə iştirak edək".

AzNews.az-ın məlumatına görə, bu sözləri AXCP sədri Əli Kərimli "Amerikanın Səsi" Radiosunun saytına verdiyi müsahibəsində deyib.

AXCP sədri deyib ki, vahid namizəd o zaman müəyyənləşə bilər ki, prezidentliyə əsas namizədlər ən azı nəzəri də olsa, başqasının da vahid namizəd olmasını mümkün saysınlar: "Milli Şura AXCP sədrinin namizədliyini məqbul bilsə, bu məsuliyyəti üzərimizə götürəcəyik. Hamılıqla başqa bir şəxsin namizədliyi üzərində dayanılsa, həmin şəxsi də müdafiə edərik".

Ə.Kərimli deyib ki, hazırda vahid namizədlə bağlı nəinki razılaşma yoxdur, heç bu məsələ hələlik müzakirə də olunmayıb.

Partiya sədrinin sözlərinə görə, o, Milli Şuranın adından vahid namizədlə bağlı bəyanat verə bilməz, ancaq ümid edir ki, tezliklə bu məsələni də müzakirə edəcəklər:

"Özüm şəxsən Milli Şuranın seçkilərdə vahid namizədlə iştirakına tərəfdaram. Yaxşı olardı ki, indiyə qədər vahid namizədi müəyyən etmiş olardıq. Şəxsən mən təqribən 1 il öncədən müxalifətin böyük birliyinin formalaşmasını, birləşmiş müxalifətin isə seçkilərə vahid namizədlə getməsini təbliğ edirəm. Bir müddət ideyanın təbliğinə və əsaslandırmasına getdi. 2 aydan artıqdır ki, Milli Şuranın yaranmasını müzakirə edirik. Kaş ki, razılığı tez əldə edəydik".

Anar
Aznews.az