YAP namizədini nə vaxt elan edəcək? - Açıqlama

"Partiya qurultayında İlham Əliyevin namizədliyi rəsmən elan olunacaq"



Hakim Yeni Azərbaycan Partiyası (YAP) prezident seçkilərində iştirak edəcək namizədini iyunun 7-də rəsmi şəkildə elan edəcək.

Bu barədə hakim partiyanın icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Modern.az-a bildirib.

YAP rəsmisinin sözlərinə görə, qurultaya hazırlıq işlər artıq tam başa çatıb.

"Biz dəfələrlə mətbuata bu haqda bildirmişik ki, Yeni Azərbaycan Partiyasının prezident seçkilərində namizədi cənab İlham Əliyevdir. Partiya qurultayında İlham Əliyevin namizədliyi rəsmən elan olunacaq. Qurultay haqqında rəsmi məlumat yaymışıq"-deyə M.Qurbanlı bildirib.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının V qurultayı iyunun 7-də "Buta Palace" sarayaında keçiriləcək.

Partiyanın indiyədək keçirilən bütün rayon-şəhər konfranslarında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin 2013-cü il Prezident seçkilərində namizədliyinin irəli sürülməsi tövsiyyə edilib.

AzNews.az