“O, Azərbaycan mentalitetinə yad bir şəxsdir” “O, Azərbaycan mentalitetinə yad bir şəxsdir”

“Rüstəm İbrahimbəyov Azərbaycan dilini də düz-əməlli bilmir”

“O, Azərbaycan mentalitetinə yad bir şəxsdir”


Bu gün Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində rayon təşkilatının fəalları ilə görüş keçirib.

AzNews.az-ın məlumatına görə, Ə.Əhmədov deyib ki, həmişəki kimi lənkəranlıların qarşıdakı prezident seçkilərində hamılıqla prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərinə ümid edir.

Daha sonra icra katibi Əli Əhmədov partiya fəallarını ayıq-sayıq olmağa, xırda nöqsanları şişirdib siyasi xal qazanmaq istəyən qüvvələrə qarşı tutarlı faktlarla fəal mübarizə aparmağa çağırıb.

Bildirib ki,Azərbaycanda müxalifətə cəmiyyət tərəfindən ciddi dəstək yoxdur və Milli Şuranı yaradanlar da bu reallığı dərk etməlidirlər: "Milli Şuranın siyasi perspektivləri və taleyinə gəldikdə isə birmənalı şəkildə deyə bilərəm ki, bu gün kənar qüvvələrin diqtəsi ilə yaradılan Milli Şura deyilən qurumu Azərbaycan xalqı dəstəkləmir. Buna görə də xalqa söykənməyən dəstənin ciddi bir siyasi şansı yoxdur".

İcra katibi daha sonra əlavə edib ki, Milli Şuranın vahid namizədi olan Rüstəm İbrahimbəyov 30 ildir Azərbaycanda yaşamır: "Bu adam düz-əməlli Azərbaycan dilini də bilmir. Azərbaycan mentalitetinə yad bir şəxsdir. 2-3 il bundan əvvəl erməniləri müdafiə etdiyinə, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına aldığına görə Rüstəm İbrahimbəyovu kəskin tənqid edən müxaliflər indi onu prezidentliyə namizəd göstərirlər. Hansı ağıl və hansı əsasla? Qətiyyətlə deyə bilərəm ki, bu qüvvələrin gələcək seçkilərdə cüzi bir şansı yoxdur. Xalq yalnız Azərbaycanı qısa müddətdə regionda lider dövlətə çevirən cənab İlham Əliyevə səs verəcək"

Anar
AzNews.az