Abbas Abbasov: "İzn verərlər, Azərbaycanda dəfn olunaram" - VİDEO

Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin, "Azərros"un Ağsaqqallar Şurasının sədri Abbas Abbasov yeni vəzifəyə seçilməsini eksklüziv olaraq ANS-ə şərh edib.

O deyib ki, bu vəzifədə əsasən miqrantların problemləri ilə məşğul olacaq. Xatırladaq ki, Abbas Abbasov indi həm də Rusiya Xalqları Assambleyası Şurası sədrinin müavinidir. O, Rusiyada yaşayan azərbaycanlıların hüquqlarının qanunla tənzimlənməli olduğuna diqqət çəkib. Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin bundan sonra da yüksələn xətt üzrə gedəcəyinə inandığını deyib.

Lakin Abbas Abbasovun bu vəzifəyə təyinatı Azərbaycanın bəzi mətbu orqanlarında birmənalı qarşılanmayıb, bəzi hallarda isə neqativ hal kimi qələmə verilib. Abbas Abbasov barəsində yazılanları belə şərh edib: "Mən Azərbaycanı sevirəm, mənim orada köküm qalıb. Mətbuatda yazırlar ki, İlham Əliyev Abbas Abbasovu sevmir, nifrət edir. Mən İlham Əliyevi sevirəm, ona böyük hörmətlə yanaşıram. İzn verərlər, orada dəfn edərlər məni. Mən artıq Azərbaycandan köçmüşəm. Azərbaycana qismət olsa, bir də rəhmətə gedəndə, gətirərlər. İzn verərlər, orada dəfn olunaram".



AzNews.az