Apelyasiya Məhkəməsi Kənan Qasımlı və Məcid Mərcanlının şikayətini təmin etmədi Apelyasiya Məhkəməsi Kənan Qasımlı və Məcid Mərcanlının şikayətini təmin etmədi

Gəncləri həbsdən buraxmadılar

Apelyasiya Məhkəməsi Kənan Qasımlı və Məcid Mərcanlının şikayətini təmin etmədi



Bu gün Bakı Apellyasiya Məhkəməsində N!DA Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Kənan Qasımlı və Azad Gənclik Təşkilatı İdarə Heyətinin üzvü Məcid Mərcanlının həbsindən verilən şikayətə baxılıb.

AzNews.az-ın məlumatına görə, Apelyasiya Məhkəməsi vəsatəti rədd edərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Xatırladaq ki, Kənan Qasımlı, Məcid Mərcanlı və Ülvi Həsənli iyulun 14-də polis tərəfindən saxlanılıb və iyulun 15-də Səbail Rayon Məhkəməsi tərəfindən barələrində 15 sutka inzibati həbs cəzası verilib. Gənclər polisin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli biliniblər.

Anar
AzNews.az