- Köhnə - Siyasət
- 23 İyul 2013 15:07
- 1 743
Elmar Məmmədyarov fransalı həmkarı ilə görüşüb

Parisdə işgüzar səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov öz fransalı həmkar Loran Fabiusla görüş keçirdib. APA-nın Fransa XİN-in saytına istinadən verdiyi xəbərə görə, nazirlər ikitərəfli və Avropa Birliyi ilə Azərbaycan arasındakı əlaqələri müzakirə ediblər.
E. Məmmədyarov və L. Fabius eyni zamanda Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə nizamlanması yolları ətrafında da fikir mübadiləsi aparıblar.
AzNews.az